Koroğlunun yaşadığı ev tapıldı – Fotolar

12 Sentyabr 2017 15:57 (UTC+04:00)

Xalq qəhrəmanımız, ozan aşıq Koroğlunun Türkiyənin Bolu vilayətində Dörddivanın Yuxarı Sayın kəndində yaşadığı ev tapılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda TRT-nin Bakı ofisinin rəhbəri işləmiş telejurnalist Yüksəl Dəyərcan məlumat verib.

O, bu barədə Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Həmin kənddə doğulub böyümüş Yüksəl Dəyərcan bu evin qeydiyyata alındığını bildirib. O deyib ki, qeydiyyata alınmasına baxmayaraq, uzun illərdir ev nə restovrasiya edilib, nə də muzeyə çevrilib. Yüksəl Dəyərcan nazirliyə müaraciətində “Tariximizə sahib çıxaq” deyə öz narazılığını dilə gətirib.