Timsah və akulalar şəhəri ələ keçirdi – Video

13 Sentyabr 2017 08:52 (UTC+04:00)

ABŞ-da hökm sürən “İrma” qasırğası bir çox şəhərləri su altında qoyub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qasırğa hətta suda yaşayan vəhşi heyvanları da özü ilə birlikdə şəhər küçələrinə gətirib.

ABŞ-ın Meksika körfəzi yaxınlığında çəkilən görüntülərdə şəhərdə timsahların və akulaların üzdüyü əks olunub. Sakinlər bu səbəbdən evlərini tərk etməyə qorxurlar.

Həmin görüntüləri təqdim edirik: