Azərbaycan nefti ucuzlaşdı

13 Sentyabr 2017 00:22 (UTC+04:00)

Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 55,86 dollar/barel təşkil edib. Bu, ötən cümə gününə olan göstəricidən 0,76 dollar/barel azdır.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,17 dollar/barel, Novorossiysk limanında isə 51,08 dollar/barel təşkil edib.