Mer məktəb direktorlarını uşaq kimi döydü – Video

13 Sentyabr 2017 11:59 (UTC+04:00)

Mer dövlət tədbirinə gəlməyən məktəb direktorlarını şəxsi kabinetinə yığaraq döyüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Özbəkistanın Sayxunabad rayonunda baş verib.

Nəsircan Eqamberdiyevin bu hərəkəti direktorlardan biri tərəfindən mobil telefonun kamerasıyla qeyd edilib.

Direktorların Özbəkistanın müstəqilliyi ilə bağlı tədbirlə gəlmədiyi üçün döyülüb, təhqir edildiyi bildirilir.

Həmin görüntüləri təqdim edirik: