Yunanlar türk şirkətinə hücum etdi

13 Sentyabr 2017 13:44 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afinadakı Türk Hava Yollarının ofisinə hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir qrup şəxs ofisə hücum çəkərək qapı-pəncərələri qırıb. Ancaq onlar şirkətə daxil ola bilməyiblər.

Hücuma görə məsuliyyəti Ruvikonas anarxistləri öz üzərinə götürüb.