Ələtdə dostların qanlı davası – Təfərrüat

13 Sentyabr 2017 14:35 (UTC+04:00)

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ələt qəsəbəsində 1963-cü il təvəllüdlü Zülfüqar Əbilov dostu ilə mübahisə edib.

Mübahisə zamanı dostu Zülfüqar Əbilova iki bıçaq xəsarəti yetirib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün Zülfüqar Əbilovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisə pul borcu üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.