Bakıda marşrut avtobusu belə yandı - Video

13 Sentyabr 2017 18:50 (UTC+04:00)

Bakının Nizami rayonunda “Daewoo” markalı avtobusun mühərrikində elektrik naqilləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.