ABŞ-da məktəbdə atışma - ölən və yaralananlar var

13 Sentyabr 2017 23:08 (UTC+04:00)

ABŞ-ın paytaxtındakı orta məktəblərin birində silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, Vaşinqtonun Spokan vilayətində silahlı şəxs şagirdlərə atəş açıb.
İlkin məlumatlara görə, 1 məktəbli ölüb, 3 nəfər yaralanıb.

Məlumata əsasən, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.