Yay Olimpiya Oyunları bu şəhərlərdə keçiriləcək - Adlar

14 Sentyabr 2017 02:10 (UTC+04:00)

2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlərin adları bəlli olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi Limada keçirilən sessiyada 2024 və 2028 il yay Olimpiya Oyunlarının paytaxtlarını təsdiq edib.

Müvafiq olaraq 2024-cü il Yay Olimpiya Oyunları Parisdə və 2028-ci il Olimpiadası Los-Ancelesdə keçiriləcək.