Katalonlar məyus oldu - Fotolar

10 Oktyabr 2017 23:23 (UTC+04:00)

Kataloniya rəhbəri Karles Puçdemonun bu gün parlamentdə müstəqillik haqqında bəyannəməni təxirə salmaqla bağlı çağırışı milyonlarla katalonu məyus edib.

Tarixi an üçün Barselenoda parlamentin önünə toplaşan xalq liderləri Karles Puçdemonun sözlərindən şoka düşüblər.

Qeyd edək ki, Karles Puçdemon Kataloniyanın müstəqilli üçün rəsmi Madridlə razılaşdırılmış danışıqlara başlamaq istədiklərini bildirib və parlamentə müstəqillik haqqında bəyannamənin qüvvəyə minməsini təxirə salmağı təklif edib.