Gəncədə tənha qadın evində qətlə yetirildi

12 Oktyabr 2017 13:48 (UTC+04:00)

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada yaşayan 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib. Araşdırma zamanı məlum olub ki, Gülmira Səfixanova bıçaqlanaraq öldürülüb. Qadın evdə tək yaşayırmış.

Faktla bağlı cinayət işi başlanıb.