Ölkənin hərbi sirri ələ keçdi – Şok olay

12 Oktyabr 2017 13:32 (UTC+04:00)

Avstraliyanın hərbi məlumatları naməlum şəxslər tərəfindən oğurlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Alf” adlı haker qrupu gecə saatlarında 30 geqabit tutumlu elektron məlumatları ələ keçirib.

Məlumatlarda ölkənin F-35 təyyarələrinin və gəmilərinin saxlanma yerləri aydın şəkildə göstərilib.

Avstraliya Müdafiə Sənayesi naziri Kristofer Pin məsələ ilə bağlı araşdırmalara başlandığını bildirib: “Oğurluğu kimin etdiyini bilmirik. Hazırda araşdırma aparırıq”.