Ruhanidən ABŞ-a və Bərzaniyə çox sərt - İsmarıc

12 Oktyabr 2017 14:54 (UTC+04:00)

İran Prezidenti Həsən Ruhani İraq Kürdüstanının qondarma referenduma görə əvəz ödəyəcəyini bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ruhani İranın hər zaman məzlum ölkələrin yanında olduğunu deyib:

“İran, İraq, Suriya və Türkiyədəki kürdləri sevirik. Kürdlərə qarşı təzyiqlərin əleyhinəyik. Ancaq İraq Kürdüstanı rəhbərlərinin gördüyü iş qanunsuzdur. Kürdlər fədakar və sülhsevər xalqdır”.

Ruhani əlavə edib ki, İran ABŞ-ın 20 il davam edəcək İŞİD planını pozub: “ABŞ İŞİD-i 20 il bölgədə saxlamaq və ondan istifadə etmək istəyirdi. Biz bu planları pozduq. Suriya və Liviyanı İŞİD-dən qurtardıq”.