Ərdoğan ABŞ səfirini aşağıladı

12 Oktyabr 2017 15:02 (UTC+04:00)

Ankara və Vaşinqton arasındakı gərginliyi ABŞ-ın Türkiyədəki səfiri Con Bass yaradıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada valilərlə görüşündə deyib:

“ABŞ və Türkiyə arasında viza böhranı ilə bağlı açıq danışıram. ABŞ-ın Türkiyə kimi strateji müttəfiqini özünü tanımayan səfirə həvalə etməsi qəbuledilməzdir”.