Ərdoğandan ABŞ silahına – Qadağa

12 Oktyabr 2017 15:56 (UTC+04:00)

Türkiyə polisi bundan sonra “Sig Sauer” silahından istifadə etməyəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada valilərlə görüşündə çıxış edərkən deyib:

“Bununla bağlı Türkiyə Daxili İşlər naziri Süleyman Soyluya da tapşırıq vermişəm. Ancaq öz silahlarımızdan istifadə olunmalıdır”.