İspaniyada döyüş təyyarəsi qəzaya uğradı

12 Oktyabr 2017 16:05 (UTC+04:00)

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Albasetdəki hərbi bazadan qalxan təyyarə naməlum səbəbdən bir neçə dəqiqə sonra yerə çırpılıb.

Hadisə zamanı pilot həlak olub. Faktla bağlı araşdırmalar aparılır.