Putin ABŞ-a layiqli cavab verəcək – Kreml

12 Oktyabr 2017 16:37 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin San Fransiskodakı Baş konsulluğunun binası qarşısında Rusiya bayrağının yoxa çıxmasından xəbərdardır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peşkov deyib.

O bildirib ki, faktla bağlı Putin ABŞ-a layiqli cavab verəcək: “Əlbəttə, Putin Rusiya Federasiyasının marağında olan addımı atacaq”.