Ermənilərin mərmisi öz başlarına düşdü - Xeyli ölən var

14 Noyabr 2017 12:14 (UTC+04:00)

Ermənistan ordusunun artilleriya təlimləri zamanı insident baş verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, insident zamanı artilleriya səhvən Ermənistan Silahlı Qüvvələrinin tank bölüyünün ərazisinə atəş açıb.

Olay Əsgəran rayonunda meydana gəlib. Hadisə zamanı çox sayda erməni əsgərin öldüyü deyilir.
Rəsmi İrəvan insidentlə bağlı heç bir açıqlama verməyib.