Zəlzələ xarabalığında ilk körpə doğuldu – Foto

14 Noyabr 2017 15:29 (UTC+04:00)

Noyabrın 12-də İranda baş verən 7,2 ballıq zəlzələdən sonra güclü dağıntıların olduğu Serpol Zahap şəhərində ilk körpə dünyaya gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, körpə insanların məskunlaşdığı çadırda doğulub.

Yaxınları uşağın adını Ava qoyublar. Körpənin doğulması son günlər gələn bəd xəbərlər arasında insanlar tərəfindən sevinclə qarşılanıb.