Ərdoğan Küveyt əmiri ilə razılaşdı – Video

14 Noyabr 2017 17:22 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt əmiri Şeyx Sabah ilə təkbətək və geniştərkibli görüşlər keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Küveytdə keçirilən görüşdən sonra liderlər iki ölkə arasında razılaşmaların imzalanma mərasiminə qatılıblar.

Məlumatlara görə, tərəflər arasında idman, sərmaye, elm və texnologiya sahələrində bir sıra sazişlər imzalanıb.