250 min dollar və qızılları apardılar – Şok qarət planı

14 Noyabr 2017 18:44 (UTC+04:00)

Bank Of Bardo inanılmaz şəkildə qarət olunub.

Teleqraf.com xəbər verir ki, qarətçilər 12 metrlik tunel qazdıqdan sonra bankın kassasında olan pul və qızılları aparıblar.

Hadisə Hindistanın Mumbai şəhərində baş verib.

Xəbərə görə, qarətçilər 6 ay əvvəl bankın yaxınlığındakı mağazanı icarəyə götürüblər. Bundan sonra mağazanın daxilində tunel qazmağa başlayıblar. İki ay sonra Bank Of Bardonun Mumbai şəhər filialı qarətə məruz qalıb.

Soyğunçular iki ay müddətində gecələr tunel qazıb, yerdən çıxardıqları torpağı isə mağazanın qarşısındakı boş əraziyə töküblər. Həftənin sonunda banka daxil olan qarətçilər 250 min dollar və qızılları götürərək yoxa çıxıblar.

Hazırda Hindistan polisi qarətçiləri axtarır.