Almaniyada gözlənilən oldu: Razılaşdılar

12 Yanvar 2018 14:04 (UTC+04:00)

Almaniyada seçkilərdən 4 ay sonra koalisiya ilə bağlı razılıq əldə edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Röyter agentliyi məlumat yayıb.

Bildirilib ki, Kansler Angela Merkelin liderlik etdiyi Xristian Demokratlar bloku ilə Sosial Demokratlar partiyası uzun müzakirələrdən sonra razılaşıblar.

İki partiya böyük koalisiya üçün görüşlərə qısa müddət sonra başlayacaq.

Qeyd edək ki, seçkilər 2017-ci ilin sentyabrında baş tutub.