İranda 21 müğənni həbs edildi – Polis rəisi

12 Yanvar 2018 14:12 (UTC+04:00)

İranda musiqi sahəsində fəaliyyət göstərən ev şəraitində və qanunsuz kiçik studiyalarda gizli şəkildə mahnılar bəstələyib yazdıran və onlara klip çəkdirdikdən sonra sosial şəbəkələrdə yayan 21 gənc müğənni tutulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İranın Hormozqan əyalətinin polis rəisi, polkovnik Əli Əsgər İbadi Nik açıqlama verib.

O bildirib ki, yerli hüquq-mühafizə qüvvələrinin tutduğu gənclərdən 12-si kişi, 9-u isə qadın müğənnidir.

Həbs edilənlər Bəndər Abbas şəhərindəki polis bölməsinə aparılıb və hazırda dindirilirlər.