Aİ sazişin bu il imzalanacağına ümid edir

12 Yanvar 2018 21:59 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycanla aviasiya üzrə sazişin bu il imzalanacağına ümid edir.

Teleqraf.com-un məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Diplomatın sözlərinə görə, saziş, demək olar ki, razılaşdırılıb: "Sadəcə nöqtəni qoymaq lazımdır. Ümid edirəm ki, yanvar-fevral aylarında bu mümkün olacaq".