ABŞ səfiri istefa verdi - Trampa etiraz

12 Yanvar 2018 22:11 (UTC+04:00)

ABŞ-ın Panamadakı səfiri Con Filey (John Feeley) prezident Donald Trampın bəzi Latın Amerikası və Afrika ölkələrini nəzərdə tutaraq işlətdiyi "iyrənc ölkələrdən gəlirlər" ifadəyə etiraz olaraq istefa verib.

Teleqraf.com xəbər verir ki, Filey ABŞ XİN-ə təqdim etdiyi istefa ərizəsində bundan sonra Tramp administrasiyasına xidmət etməyəcəyini bildirib.

ABŞ XİN isə Fileyin şəxsi səbəbdən təqaüdə çıxdığını açıqlayıb.

C.Filey Barak Obamanın prezidentliyi dövründə - 2015-ci ildə Panamaya səfir təyin edilmişdi.

Qeyd edək ki, Tramp Ağ Evdəki toplantıda "Nə üçün bu iyrənc ölkələrdən insanların bura gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik", - deyə bildirib.