Səfirin qətlinə görə daha bir həbs

12 Yanvar 2018 22:24 (UTC+04:00)

Türkiyə polisi gün ərzində Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətlində şübhəli bilinən ikinci şəxsi də həbs edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, səfirin qətli işi üzrə Türkiyənin İnformasiya-Rabitə Texnologiyaları İdarəsinin keçmiş əməkdaşı saxlanılıb. Ankara Məhkəməsinin qərarı ilə Türkiyə vətəndaşı X.K həbs edilib. Ona qarşı "qəsdən öldürmənin təşkilində əlbir olma" ittihamları irəli sürülüb.

Qeyd edək ki, A. Karlov 2016-cı ilin 19 dekabrında Ankarada fotomüsabiqənın açılışında güllələnib. (Publika)