Tramp bəyənmədiyi anlaşmanı daha dörd ay uzatdı

12 Yanvar 2018 22:57 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə anlaşmasının müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, İranla anlaşmanın müddəti üç dəfə uzadılıb. Tramp anlaşmanı nə qədər tənqid etsə də dördüncü dəfə konqresdən müqavilənin müddətini daha dörd ay uzadılmasını istəyib.

2015-ci il iyulun 14-də İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa arasında nüvə anlaşması imzalanıb.

Tramp seçkiqabağı çıxışlarında anlaşmanı ləğv edəcəyini bəyan edib.