Ancelina Coli özünə yeni sevgili tapdı - Foto

13 Yanvar 2018 01:14 (UTC+04:00)

Məşhur aktyor Bred Pitdən ayrılandan sonra həyatını övladlarna həsr edən aktrisa Ancelina Colinin özünə yeni sevgili tapdığı barədə məlumatlar yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Colinin kambocalı prodüser Prac Li ilə münasibətləri olduğu bildirilir. “Əvvəlcə onlar mənim atamı öldürdü: Kambocalı qızın xatirələri” (First They Killed My Father) filminin rejissoru olan aktrisanın Li ilə sözügedən layihənin çəkilişi zamanı tanış olduğu deyilir.
Coliyə yaxın olan mənbə “People” dərgisinə açıqlamasında aktrisanın Prac Linin işinə hörmət etdiyini söyləyib. Onları filmin ssenari müəllifi Lounq Unqun tanış etdiyi vurğulanıb. Coli və Lini tanıyanlar isə tez-tez görüşmələrinə baxmayaraq onların arasında sevgi münasibətləri olmadığını bildiriblər.