Baş Gürcüstanda yoxa çıxdı – İtkin

13 Yanvar 2018 18:53 (UTC+04:00)

Ötən ay istirahət üçün Gürcüstana gedən Türkiyə vətəndaşından 14 gündür heç bir xəbər yoxdur.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, gürcü polisi 22 yaşlı Sıtkı Sərdar Başı hər yerdə axtarır.

Türkiyənin Tiflisdəki səfirliyindən verilən məlumata görə, Osmanqazi Universitetinin sənaye mühəndisliyi fakültəsində oxuyan Sərdar Baş dekabrın 27-də Gürcüstana gedib və bir daha geri qayıtmayıb.

O, ailəsi ilə sonuncu dəfə 31 dekabrda əlaqə saxlayıb.