Türk və yunan hərbi gəmiləri toqquşdu: Böyük gərginlik – Təcili

13 Fevral 2018 12:55 (UTC+04:00)

Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Egey dənizində Kardak adası yaxınlığından Türkiyə sularına daxil olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu zaman Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus gəmi hərəkətə keçib və yunan gəmisinə xəbərdarlıq edib.

Olay zamanı yunan və türk gəmiləri toqquşub. Hadisə nəticəsində Yunanıstana məxsus gəmi zərər çəkib.

İnsidentlə bağlı hələlik heç bir tərəf açıqlama verməyib.