340 İŞİD-çi ailələri ilə birlikdə təslim oldu – Video

13 Fevral 2018 14:28 (UTC+04:00)

Azad Suriya Ordusu döyüşçüləri İŞİD terror təşkilatının İdlibdəki silahlılarının təslim olması ilə bağlı məlumat yayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 340 İŞİD-çi ailə üzvləri ilə birlikdə Huveyn kəndində silahlarını ASO döyüşçülərinə təslim ediblər.

Onların müxaliflərin nəzarətindəki həbsxanalara aparıldığı açıqlanıb.