Gülyanaq Məmmədova: “Son arzusunu mənə dedi…”

13 Fevral 2018 15:59 (UTC+04:00)

Srağagün xəstəxanada Kamil Vəzirovun ziyarətinə gedəndə “yaxşıyam” söyləmişdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Gülyanaq Məmmədova deyib.

O, müəllimi olmuş xalq artisti Kamil Vəzirovla son söhbətindən danışıb:

“Mənə dedi ki, 2-3 günə evə qayıdacam, özümü yaxşı hiss edirəm. Hələ yazıb yaratmaq arzusunda idi. “Şahnaz” muğamı üzərində işləmişdi. Çox möhtəşəm alınmışdı. Məndən xahiş etdi ki, “Şahnaz” muğamının diskini Bəstəkarlar İttifaqında tanıdım. Məndən son istəyi bu oldu.

Bu gün yasdan çıxandan sonra Bəstəkarlar İttifaqına gedib o işi həll edəcəyəm. Arzuları çox idi...

Tək təskinliyimiz odur ki, övladlarının xeyir işini gördü, nəvələri ilə oynadı”.

Qeyd edək ki, xalq artisti olan qarmon ifaçısı Kamil Vəzirov bu gün müalicə aldığı Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.