Yıldırımdan ABŞ-a sərt reaksiya: “Az qalıb…”

13 Fevral 2018 16:18 (UTC+04:00)

Türkiyə Baş naziri Binəli Yıldırım Ərzincan vilayət şurasının iclasında çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışı zamanı ABŞ-ın YPG terrorçularına silah verməsi məsələsinə sərt reaksiya göstərib:

“ABŞ rəhbərliyi deyir ki, Suriyada terror təşkilatları ilə qurduğu əlaqə məcburiyyətdir. Bu nə deməkdir? Bizdə buna “Üzrü qəbahətindən böyük” deyirlər.

İŞİD məhv oldu, bəs YPG-yə niyə hələ də silah verirsiz? Bu məsələ asan deyil, siz bu dəfə sərt qayaya tuş gəlmisiz. Buradan elan edirəm: PKK/PYD silahlılarına güvənməyin. Güvəndiyiniz dağlara qar yağmasına az qalıb”.