ABŞ dayanmır: Menbiçdə çirkin plan

13 Fevral 2018 17:13 (UTC+04:00)

PKK terror təşkilatının işğalı altında olan Hələbin Menbiç rayonuna Pentaqon tərəfindən zirehli texnika yeridilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Haseke – Semelka sərhəd qapısından gecə saatlarında 50 TIR-lıq silah və zirehli texnika PKK-ya təslim edilib.

Yeni silahlar arasında orta və uzaq mənzilli raketlərin olması diqqət çəkib.