Analitikdən Rusiya ilə bağlı - Dəhşətli proqnoz

16 Aprel 2018 12:23 (UTC+04:00)

Amerikalı analitik Con Pol Smit Rusiya ilə bağlı növbəti proqnozunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, 1998-ci ildə Rusiyanın iqtisadi böhranla qarşı-qarşıya qalacağını əvvəlcədən söyləmişdi.

Analitikin sözlərinə görə, yaxın vaxtlarda Rusiyanı yaxşı heç nə gözləmir:

“İnvestorlar rus rublunun qalxmasından həvəslənməməlidirlər. Bu, müvəqqəti xarakter daşıyır. Hazırda növbəti “soyuq müharibə”nin astanasındayıq. Gedən proseslər iqtisadi və siyasi cəhətdən Rusiyaya mənfi təsir göstərəcək”.

Qeyd edək ki, 1998-ci ilin əvvəlində Smit Rusiyada devalvasiya və iqtisadi böhranın baş verəcəyini demişdi. Həmin ilin avqustunda Rusiyanın daxili borcu 40 milyard dolları ötdü və rubl “üzən məzənnə”yə keçdi.