Putin Paşinyana inanmadı, yeni plan işə düşəcək – Politoloq

16 May 2018 11:28 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyana inamsızlığı nəzərdən yayınmadı. Bunun belə olacağı əvvəldən məlum idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev deyib.

O, qeyd edib ki, Nikol Paşinyanın Vladimir Putinlə görüşü Moskvanın ona münasibətini dəyişmədi:

“Ermənilər Qərbə inteqrasiya olunub daha da güclənmək istəyirlər. Bu cəhdlərinin baş tutub-tutmayacağını zaman göstərəcək. Fikrimcə, Ermənistan özünün güclü diasporu hesabına Rusiyanın təsir dairəsindən çıxmağa cəhd edəcək. Rusiya bu məsələdə Ermənistana qarşı ancaq “Qarabağ kartı”ndan istifadə edə bilər.

Lakin Rusiyanın Azərbaycana etibarı varmı? Bu barədə indi dəqiq söz demək mümkün deyil. Buna görə də növbəti Qarabağ müharibəsinin sonunda regiona Rusiyanın sülhməramlıları yerləşdirilə bilər. Bu da Rusiyanın ehtiyat planıdır”.