İlham Əliyev Bakı Ekspo Mərkəzində - Foto

16 May 2018 16:20 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan 2018) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgiləri ilə tanış olub.

Teleqraf.com-un məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına sərgilərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.