“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İnikas” filmi Rusiyanın Esperanza Beynəlxalq Film Fesivalının əsas müsabiqə proqramında nümayiş etdiriləcək.
Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, festival 18-25 avqust tarixlərində Moskvada keçiriləcək.
Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” bədii filminin süjet xətti SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparatla qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda nə ilə qarşılaşacağından xəbərsizdir...
Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova canlandırıb.
Nərmin