Əməkdar artist Xalidə Quliyeva yeni filmə çəkilib.
O, Teleqraf.com-a açıqlamasında bildirib ki, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan (rejissor Babək Şirinsifət) “3 gün, 1 ömür” filminin çəkilişləri bitib: “Filmdə ana rolunda çıxış edirəm. Əsas qəhramanlar isə üç oğlandır. Onlar erməni işğalçıları tərəfindən zəbt edilmiş Kəlbəcər torpaqlarına gedirlər. Rolum elə də böyük deyil. Filmin əvvəlində bir neçə kadrım var. Məndən başqa filmdə Mehriban Zəki də oynayır. Bizim filmlərdə qadın rolları epizodikdir. Kişilər çəkən filmlər adətən belə olur. Gərək qadınlar çəksinlər ki, bizə də yaxşı rollar düşsün”.
Nərmin