“Biz Azərbaycan kinosunu Azərbaycan tamaşaçısından məhrum etdik. O dərəcədə məhrum etdik ki, bu gün tamaşaçı elə bilir Azərbaycanda daha film çəkilmir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında rejissor Şamil Nəcəfzadə deyib.
Rejissorun sözlərinə görə, Azərbaycan tamaşaçısını yerli filmlərə baxmağa cəlb etmək bu gün ən əsas məsələdir. Bu mənada çəkilən kommersiya filmlərini təqdir etmək lazımdır: “Azərbaycanda həmişə film çəkilib. Ən çətin dövrdə belə, ildə ən azı bir film çəkmişik. Sovet İttifaqı dağılandan sonra ölkəmizdə təxmini 50-yə yaxın film çəkilib. İş orasıdır ki, bu filmlər Azərbaycan tamaşaçısından kənar qalıb Ona görə elə fikirləşir ki, bizdə kino çəkilmir.
Heç olmasa kommersiya filmləri vasitəsilə Azərbaycan tamaşaçısını kinoteatrlara qaytarmaq lazımdır. Kinomuza yenidən maraq naminə bu, müsbət addımdır. Ümid edirəm ki, bunların ardınca son dövrlər çəkilən, ciddi beynəlxalq festivallarda iştirak edən, mükafatlar qazanan filmlər də nümayiş olunacaq.
Çox istərdim, çəkilən kommersiya filmləri peşəkar səviyyədə olsun. Peşəkar kinematoqrafçıların prosesdə iştirakı çox vacibdir”.
Nərmin