Sumqayıt Dövlət Dram Teatrında təmir işləri başa çatmaq üzrədir.
Bunu Teleqraf.com-a açıqlamasında teatrın baş rejissoru Firudin Məhərrəmli deyib.
Baş rejissorun sözlərinə görə, teatrın tam təhvil verilməsi yeni mövsümün açılışına təsadüf edəcək: “Hazırda biz Sumqayıtdakı Nizami Kinoteatrında məskunlaşmışdıq. Oranın səhnəsi yoxdur, tamaşalar oynamaq üçün əlverişli deyil. Buna baxmayaraq iki-üç uşaq və böyüklər üçün tamaşalar oynamışıq. Teatrın mövsüm bağlanışını da orda etməyə məcburuq. Mövsümü isə ayın 15-də “Hacı Qara” tamaşası ilə bağlayacağıq.
Teatrın binasının təmirinə gəlincə, binanın çölü, içi, otaqları, qapıları, səhnəsi, zalı standartlara tam cavab verir. Biz bircə səhnənin işıqlarını və akustikası ilə tanış olmamışıq. Əsas olan bu iki keyfiyyətdir. Səhnədə möcuzə yaratmaq üçün işıq sisteminin müasir standartlara cavab verməsi çox vacibdir”.
Teleqraf.com teatrın hazırki vəziyyətini əks eləyən fotolarını təqdim edir.
Nərmin