Azərbaycan Professional Kinorejissorlar Gildiyası Müəllif Cəmiyyətlərinin Beynəlxalq Konfederasiyası (CİSAC) üzvlüyünə qəbul edilib.
Teleqraf.com xəbər verir ki, Kinorejissorlar Gildiyasının yaydığı məlumatda qeyd edilir ki, bu barədə qərar 3 iyun 2016-cı il tarixdə Parisdə keçirilən Baş Assambleyada verilib:
“123 ölkədən 239 müəllif cəmiyyətini özündə birləşdirən, 4 milyona yaxın yaradıcı insanı təmsil edən və bütün dünyada fəaliyyət göstərərək böyük nüfuza malik Müəllif Cəmiyyətlərinin Beynəlxalq Konfederasiyasının (CİSAC) 3 iyun 2016-cı il tarixində Parisdə keçirilən Baş Assambleyasında Azərbaycan Professional Kinorejissorlar Gildiyası sınaq müddəti ilə CİSAC-ın üzvlüyünə qəbul edilib.
Kinorejissorlar Gildiyası tez bir zamanda audivizual əsərlərin ölkəmizdə istifadəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, filmlərimizin beynəlxalq məlumat bazasına daxil edilməsi və dünya səviyyəsində qorunmasının təmin edilməsi arzusuyla Azərbaycanın audivizual əsər müəlliflərini, ifaçıları və prodüserləri təbrik edir”.
Nərmin