Xalq artisti Həmidə Ömərova şəxsi “İnstaqram” hesabında maraqlı foto paylaşıb.
Teleqraf.com xəbər verir ki, balaca pərəstişkarları ilə foto çəkdirən aktrisa həmin şəkli sosial şəbəkədə paylaşıb:
“Məni küçədə “Əsmər xanım” deyə səsləyib nəvələrim Maşa, Ceyhun və Kamranla maraqlanan balaca pərəstişkarlarım”.
Qeyd edək ki, Həmidə Ömərova üç ilə yaxın yer aldığı “Bir ailəm var” serialında Əsmər xanım obrazını canlandırıb.
Pərvin