İran rejissoru Abbas Kiarostami 76 yaşında dünyasını dəyişib.
Xərçəngdən əziyyət çəkən rejissor Fransada vəfat edib. Kiorastaminin yaxın dostu, Oskar mükafatı laureatı, rejissor Əsgər Fərhadi “Quardian” qəzetinə verdiyi açıqlamada “O, adi rejissor deyildi, həm kinosu, həm də həyatı ilə sehrbaz idi. Onun uğurları İran kinosunun dünyaya yolunu açmışdı. Sadəcə kino aləmi dahi bir rejissoru itirmədi, bütün dünya sözün əsl mənasında dahi bir insanı itirdi” deyib.