8 İyul 2016 18:25
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti həftənin son günü – iyulun 17-də cari mövsümə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşaçılara bağlanış həftəsində mövsüm boyu premyerası keçirilən səhnə əsərləri təqdim olunacaq. Belə ki, iyulun 14-də “Min bir gecə” nağıllarının motivləri və SSRİ Xalq Artisti Fikrət Əmirovun musiqiləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşası nümayiş olunacaq. Bu səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədovadır. Tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülnarə Abdullayeva, Elçin İmanov və Elməddin Dadaşov ifa edəcəklər.

İyulun 15-də tamaşaçılara SSRİ Xalq Artisti Rauf Hacıyevin məşhur “Qafqazlı qardaşqızı” iki hissəli operettası təqdim olunacaq. Süjet xəttinin əsasını ağlasığmaz intriqalar və saf sevgi uğrunda mübarizə təşkil edən səhnə əsəri teatrın rus bölməsində hazırlanıb. Beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, aktyorlar Nicat Əli, Emil Heydərov, Marina Litvinenko, Firuz Məmmədov, Yuliya Heydərova, Elçin İmanov və Rauf Babayev ifa edəcəklər.

Musiqili Teatrda premyeraların paradına iyulun 16-da “Baladadaşın toy hamamı” iki hissəli musiqili-lirik komediyası ilə yekun vurulacaq. Qeyd edək ki, Xalq Yazıçısı Elçinin məşhur hekayələrinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar Artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq Rəssamı Tahir Tahirovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Əmrah Dadaşov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Aydan Həsənova, Gültac və Hüseyn Əlililər, Elçin İmanov, Şaban Cəfərov, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə və Rahib Məmmədzadə ifa edirlər.


Müəllif:

Oxşar xəbərlər