18 İyul 2016 22:52
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən yeni “Retro Bakı” layihəsi davam edir.

İdarədən Teleqraf.com-a bildirilib ki, həftəsonu layihənin növbəti konsertləri baş tutub. İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və musiqi nömrələrini dinləyiblər.

Bu həftə “Retro Bakı”da məşhur şanson mahnıların ifaçısı Ceyhun Bakinski, Ülkər Quliyeva, Nihad Məlik, Ani Musaqi, Tural Atayev, “Nabadi” gürcü folklor ansamblı, “Stage Forever” gitaraçalanları, “Meqas” və “Bakı” estrada qrupları, “Səma” rəqs ansamblı maraqlı çıxışlarını təqdim ediblər.

Qeyd edək ki, layihə çərçivəsində tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər