“Çox təəssüflər olsun ki, rejissorlar aktyorlarla işləmək istəmirlər. Onlar hazır material istəyirlər”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib: “Aktyor və aktrisanı rejissor görməlidir. Bu, dünya praktikasında da dəfələrlə sübut olunub. Hətta elə olub ki, peşəkar aktyor olmayan, amma xarici görkəmi ilə diqqət çəkən birindən rejissor istədiyi obrazı ala bilib. İstər dünyada, istərsə də Azərbaycanda belə hallar çox olub. Sonra da həmin insanlar çox məşhur aktyor olublar.
Çox təəssüflər olsun ki, bizdə rejissorlar aktyorlarla işləmək istəmirlər. Onlar hazır material istəyirlər. Onlar fikirləşirlər ki, aktyora deyəndə ki, bunu-bunu istəyirəm, o da bunu mütləq eləmədir. Rejissor aktyoru elə başa salmalıdır ki, istədiyi obrazı ondan ala bilsin. Onda birgə, müvəffəqiyyətli iş yaranır. Əgər aktyor desə ki, bu rol məndə əla alınacaq, inanın ki, həmişə o işdə uğursuzluq olub və olacaq. Ona görə mənim arzu etdiyim rol yoxdur, mən mənə təklif olunan rolu oynamaq istəyirəm”.
Nərmin