24 İyun 2014 17:15
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

25-29 iyun tarixlərində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Festivalın Təşkilat Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqə proqramında 37 ölkədən 68 film mübarizə aparacaq.

Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycandan (Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxəmmədov), 4 üzvü isə xarici ölkələrin təmsilçiləridir (Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur).

Qeyd edək ki, beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə - Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə - Gümüş mükafat - diplom və mükafat, III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filminə isə “QRAN PRİ” - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.

Nərmin


Müəllif: