Bu gün xalq artisti Flora Kərimovanın ad günüdür.
Təəssüratlarını Teleqraf.com-la bölüşən xalq artisti bu günü qeyd etməyəcəyini deyib: “Oğlum və qızım sentyabrda vətənə gələcəklər. Ona görə də ad günüm sentyabrda olacaq. Sevənlərim qeyd etməyə təşəbbüs göstəriblər. Onlarla sabah qeyd edəcəm. Bu gün Ağdamımızın işğal günü olduğu üçün qeyd etmirəm. İnşallah, övladlarım gələndə yaxınlarımızı dəvət edib, xudmani məclis keçirəcəm”.
Flora Kərimovanın 75 yaşı tamam olur.
Rəqsanə