25 İyul 2016 22:34
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı ifaçılar İranda geniş konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Tehran şəhərində baş tutan “Ana” adlı konsert gitara ifaçısı Rəhman Məmmədov, gənc pianoçu və bəstəkar Tural Məmmədli və tarzən Şəhriyar İmanovun iştirakı ilə reallaşıb. Maraqla qarşılanan konsertdə ifaçılarımız “Yaralıyam, dəymə, dəymə”, “Dağlar qızı Reyhan” və digər xalq və bəstəkar mahnılarımızı səsləndiriblər.

Qeyd edək ki, musiqiçilərimizin qonşu ölkədə konsert proqramları davam edəcək. Belə ki, onlar avqustun 14-də Ərdəbildə, 15-də Təbrizdə, 21-də isə Zəncan şəhərində çıxışı edəcəklər.


Müəllif:

Oxşar xəbərlər